RU

KİV: FTB-nin keçmiş direktoru 5 ilə qədər həbs cəzası ala bilər

BAKI, 26 sentyabr. TELEQRAF

Konqresə yalan ifadə verməkdə ittiham olunan Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi, təqsiri sübut olunarsa, 5 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, söhbət Kominin 2020-ci ilin sentyabrında verdiyi ifadələrdən gedir. Həmin iclasın görüntülərindən məlum olur ki, Komi tabeliyində olan şəxslərə jurnalistlərə hər hansı məlumat ötürməyi tapşırmadığını bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbard bildirmişdi ki, 2016-cı il seçkilərindən bir neçə ay əvvəl ABŞ kəşfiyyatı Rusiyanın ölkədəki seçkilərə müdaxilə etmək imkanının olmadığını hesab edib. Lakin 2016-cı ilin dekabrında Tramp qələbə qazandıqdan sonra Obama administrasiyası əvvəlki qiymətləndirmələrə zidd olan yeni bir hesabat hazırlamaq barədə göstəriş verib. Qabbard qeyd edib ki, kəşfiyyatın Rusiyanın seçki nəticələrinə təsir etmədiyi barədə əsas nəticəsi həmin hesabatdan çıxarılıb və məxfiləşdirilib.

Избранный
52
3
teleqraf.com

4Источники