RU

Bu payız meyvəsi dərmandır

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tədqiqatlara görə, nar ekstraktı iltihablı artritin yaranmasını gecikdirə və onun təsirini azalda bilər. Siçanlar üzərində aparılan sınaqlarda bu meyvənin müsbət təsirləri müşahidə olunub.

Milli.Az xəbər verir ki, ən çox yayılmış artrit forması olan osteoartrit oynaq qığırdaqlarının zədələnməsi ilə müşayiət olunur və əsasən əlləri, dizləri və onurğanı təsir edir.

Mütəxəssislər bildirir ki, nar polifenollar, flavonoidlər və digər faydalı maddələrlə zəngin olduğu üçün iltihab əleyhinə və antioksidant təsirə malikdir. Nar şirəsinin ürək-damar xəstəlikləri və yüksək təzyiq kimi problemlərin qarşısını almaqda da faydalı olduğu vurğulanır.

Bundan əlavə, nar tərkibli maddələrin gələcəkdə osteoartrit və digər iltihabi xəstəliklərin müalicəsində terapevtik potensiala malik ola biləcəyi qeyd olunur.

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
2
news.milli.az

3Источники