RU

Avropada yayılan xəbər Rusiyada vahimə yaratdı: Vurmağa hazırlaşırlar

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın NATO ölkələrinin hava məkanını pozması ciddi cavabla nəticələnə bilər. Bununla bağlı Avropa diplomatları Kremlə xəbərdarlıq ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, növbəti bu kimi hadisələrdə Rusiya təyyarələrinin vurulması variantı istisna edilmir.

Xəbərdə vurğulanır ki, Böyük Britaniya, Fransa və Almaniyadan olan nümayəndələr son günlər Estoniya hava məkanına üç MiQ-31 qırıcısının daxil olması ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

“Avropalı diplomatlar bu həftə Kremlə xəbərdarlıq ediblər ki, NATO ölkəsinin hava məkanının növbəti pozuntularına tam gücü ilə, o cümlədən Rusiya təyyarəsini vurmaqla cavab verməyə hazırdır. Artıq hazırlıq görülüb və Rusiyanın növbəti addımları gözlənilir”, – nəşr yazıb.

Estoniya artıq NATO-nun Nizamnaməsinin 4-cü maddəsinə istinad edərək, müttəfiqləri ilə məsləhətləşmələr aparmaq üçün müraciət edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
globalinfo.az

1Источники