RU

Uşakovdan Trampın Putinlə bağlı açıqlamasına cavab

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidentinin müşaviri Yuri Uşakov ABŞ Prezidenti Donald Trampın Rusiya və Putinlə  bağlı sərt bəyanatlarının səbəbini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalına müsahibəsində danışıb.

Uşakov qeyd edib ki, Tramp beynəlxalq görüşlərdə xarici liderlərlə “birlikdə oynamağa” çalışır:

“Tramp deyir ki, Putin onu ruhdan salıb. O, Baş Assambleyada müxtəlif liderlərlə danışır və ola bilər ki, müəyyən qədər onlarla yanaşı oynayır”, – Uşakov qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəl “TruthSocial” platformasında Rusiya, Çin və Şimali Koreyanın ABŞ-a qarşı sövdələşmə apardığını iddia etmiş, istehza ilə Vladimir Putin və Kim Çen Inə salam göndərilməsini xahiş etmişdi.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
globalinfo.az

1Источники