RU

“Fənərbağça” Sarana təhvil verildi

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Türkiyənin “Fənərbaöça” klubunun təhvil-təslim və mandat təqdimetmə mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə çıxış edən Sadəddin Saran onun xeyrinə səs verənlərə təşəkkür edib:

“Seçkidən sonra göstərdiyiniz münasibət, həm də bu gün buraya gələrək bizimlə paylaşdığınız məlumatlar çox önəmlidir. Bundan sonra da yanımızda olacağınızı hamımız hiss etdik, və buna inanırıq”.

Klubun keçmiş prezidenti Ali Koç isə yeni rəhbərliyə uğurlar arzulayıb və əməkdaşlığa açıq olduqlarını bildirib:

“Bizim vaxtımızda düzgün təhvil-təslim mərasimi təşkil edə bilmədik. Amma Sadəddin bəyin dönəmində davamlı olaraq məlumat mübadiləsi aparırıq. Çoxlu məlumat var, davam edən işlər var. Bizim də edə biləcəyimiz bir şey olsa, əməkdaşlığa hər zaman hazırıq.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
futbolpress.az

1Источники