RU

Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
35
bizimyol.info

10Источники