RU

Fələstinli azyaşlılar İtaliyada müalicə olunacaqlar

Fələstinli azyaşlılar İtaliyada müalicə olunacaqlar. SİA xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son günlər nazirliyə Qəzzadan olan bir neçə fələstinli azyaşlının təcili yardıma ehtiyacı olması, o cümlədən Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasında ciddi anadangəlmə qüsurdan əziyyət çəkən qızın müalicəsi ilə bağlı müraciətlər daxil olub. Turindəki xəstəxana həmin qızın qəbulunu və müalicəsini təklif edib.

“Nazirlik hazırda digər səlahiyyətli milli orqanlar və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təcili olaraq yeni tibbi qəbul əməliyyatının təşkili üzərində işləyir”, - deyə məlumatda qeyd olunub.

Избранный
16
3
sia.az

4Источники