RU

Trampın Rusiya ilə bağlı istəyi: Ərdoğan yerinə yetirəcəkmi?

ABŞ və Türkiyə Prezidentəri Donald Trampla Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə görüşünün jurnalistlər üçün açıq hissəsi normal keçdi, qeyri-adi heç nə baş vermədi.

ABŞ Prezidenti Tramp Ağ Evdəki görüşlərində adətən qonaqlarını acılayır, nəzakət qaydalarından kənar ifadələr işlədir. Ağ Ev sahibi Ərdoğanla görüşdə son dərəcə diqqətli idi, hər fürsətdə Türkiyə Cümhurbaşqanını tərifləyir və onun siyasətindən məmnun qaldığını söyləyirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə baş tutan görüşlə bağlı qeyd edib.

“Buna baxmayaraq, Tramp bir neçə dəfə Türkiyənin Rusiyadan neft və qaz alışını dayandırmasını istədiyini bildirdi. Tramp sanki bununla demək istədi ki, Ərdoğanla bir çox, o cümlədən F-35, F-16 hərbi təyyarələrinin satışı məsələsində razılıq Türkiyənin Rusiyadan neft və qazın alışını dayandırmasından asılıdır.

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və bu ölkədən neft və qaz alır. Öz növbəsində Türkiyə Rusiyaya müxtəlif məhsullar, o cümlədən kənd təssərrüfatı məhsulları ixrac edir. Yəni Türkiyənin Trampın istəyi ilə Rusiya ilə enerji sahəsindəki əməkdaşlığı və ticarəti dayandıracağı çətindir”, - ekspert vurğulayıb.

Избранный
7
1
axar.az

2Источники