ABŞ prezidenti Donald Tramp Kolumbiya dairəsində törədilən qətllərə görə ölüm hökmünü tətbiq edən sərəncam imzalayıb. Bu barədə Ağ ev məlumat verib.
Vaşinqtonda ölüm cəzası əvvəllər mövcud olub. Lakin 1981-ci ildə şəhər şurası tərəfindən tamamilə ləğv olunub.
Ağ evin açıqlamasında bildirilir ki, dairə rəhbərliyinin yumşaq siyasəti cinayətlərin artmasına səbəb olub.
2024-cü ildə Vaşinqtonda qətl səviyyəsi hər 100 min nəfərə 27,3 olub ki, bu da ABŞ-da ən yüksək göstəricilərdən biridir.
Tramp bildirib ki, qərar paytaxtın xüsusi statusu ilə bağlıdır.
Onun sözlərinə görə, Milli qvardiya qüvvələri yerləşdirildikdən sonra son dörd həftədə şəhərdə heç bir qətl qeydə alınmayıb.
“Vaşinqtonda adam öldürənlər ölüm hökmünə məhkum ediləcək”, – o qeyd edib.
Baş prokuror Pəm Bondi isə bildirib ki, administrasiya ölüm hökmünün bütün ölkə üzrə tətbiq etməyi planlaşdırır.
N.Təbrizli