RU

Azərbaycanda keçirilən III MDB Oyunlarına start verilir

BAKI, 26 sentyabr. TELEQRAF

Bu gün ilk dəfə Azərbaycanda keçirilən III MDB Oyunlarına start veriləcək.

Teleqraf xəbər verir ki, oyunların ilk günündə Qəbələdə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar.

Yarış Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, III MDB Oyunlarına 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Pakistanla Omanı isə 4 idmançı təmsil edəcək.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, U-16 futbol, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda təşkil olunacaq.

Избранный
15
15
teleqraf.com

10Источники