"Maliyyəçi Corc Soros və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər".
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib.
“Soros - bu adı, əlbəttə ki, tez-tez eşidirəm. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Ola bilər. Rid Hoffman adlı bir şəxsdən də eşidirəm. Əgər onlar bu işləri maliyyələşdirirlərsə, problemləri olacaq” - Tramp bəyan dib.
Tramp ABŞ-da siyasi terrorizmin artmasında radikal solçuları, xüsusilə də öz müttəfiqi Çarli Kirkə qarşı sui-qəsddə ittiham edir.
"The New York Times" yazır ki, ABŞ-ın baş prokuroru Pam Bondi Sorosun terrorizmi maliyyələşdirməsi ilə bağlı istintaqın başlanmasına təkid edir. ABŞ Ədliyyə Nazirliyi bir neçə dairədə federal prokurorlara Corc Sorosun "Open Society Foundations" fondu ilə bağlı istintaq planları hazırlamağı tapşırıb. NYT-nin məlumatına görə, Tramp Sorosun “həbs edilməsini” əmr edib.