RU

Şimali Koreya ABŞ-a çata biləcək qitələrarası raketə malik olacaq

Şimali Koreya ABŞ ərazisinə çata biləcək qitələrarası ballistik raket (QBR) hazırlığının son mərhələsindədir. Bunu Cənubi Koreya prezidenti Li Cae Myon bildirib.

O qeyd edib ki, Pxenyana hələ raketin atmosferə qayıtma texnologiyasını mənimsəmək lazımdır.

“Onlar ABŞ-a çata bilən, nüvə başlığı daşıya bilən və ABŞ-ı vurmağa qadir QBR-lər üzərində işləməyə davam edirlər. Görünür, hələ tam nail olmayıb, amma artıq son mərhələdədirlər. Yalnız atmosferə qayıtma texnologiyası qalıb və ehtimal ki, bu da tezliklə həll ediləcək”, — Li deyib.

Ötən il Pxenyan özünün ən iri QBR-i olan Hwasong-19 raketini sınaqdan keçirib.

Ekspertlərin fikrincə, raket ABŞ ərazisində istənilən hədəfi vura bilər, lakin Şimali Koreyanın döyüş başlığını atmosferə dönüş zamanı qoruma qabiliyyəti hələ də şübhə altındadır.

Şimali Koreya yaxınlarda Kumsong seriyalı taktiki pilotsuz döyüş aparatlarını da sınaqdan keçirib. Sınaqlarda ölkə lideri Kim Çen In şəxsən iştirak edib.

N.Təbrizli

Избранный
7
1
anews.az

10Источники