Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevi xarici işlər naziri təyin edib.
“İki sahil” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Yermek Bedelbayeviç Koşerbayev Qazaxıstan Respublikasının xarici işlər naziri təyin edilib və əvvəlki vəzifəsindən azad edilib”, - məlumatda deyilir.
2025-ci ilin fevralından Koşerbayev baş nazirin müavini vəzifəsində çalışır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”