RU

UEFA İsraili yarışlardan kənarlaşdıracaq?

Avropanın futbol idarəedici orqanı UEFA gələn həftə İsrailin Avropa yarışlarından kənarlaşdırılması ilə bağlı təcili səsvermə keçirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə REUTERS məlumat yayıb.

Qeyd edilib ki, milli federasiyalar hərəkətə keçmə çağırışlarından sonra artan siyasi təzyiq fonunda mövqe tutmağa çalışırlar.

Bu həftə Birləşmiş Millətlər Təşkilatının ekspertləri Fələstin ərazisində baş verənlər fonunda İsrailin beynəlxalq futboldan kənarlaşdırılmasını tələb etdikdən sonra böhran daha da dərinləşib.

Bir mənbə təsdiqlədi ki, Avropanın futbol qurumu gələn həftə İsrailin Avropa yarışlarından kənarlaşdırılması ilə bağlı səsvermə üçün qərar verə bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
13
ikisahil.az

1Источники