Müəlif:Mehin Qasımova,Banco.az
ABŞ və Türkiyə nüvə əməkdaşlıq müqaviləsi imzalayıb.
Banco.az xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı dərinləşdirəcək yeni bir proses başlatdıqlarını və ABŞ ilə Strateji Mülki Nüvə Əməkdaşlıq Anlaşma Memorandumu imzalandığını açıqladı.
Bayraktar X öz hesabında bunları paylaşıb:
" Prezidentimiz Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüşdə iştirak etdik. Görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə liderlərin iştirakı ilə Strateji Mülki Nüvə Əməkdaşlıq Anlaşma Memorandumunu imzaladıq. Ümid edirəm ki, saziş çərçivəsində görüləcək işlər qarşıdakı dövrdə hər iki ölkə üçün qarşılıqlı fayda verəcək".