RU

Müğənni eyvandan yıxılaraq öldü - FOTO

Türkiyəli müğənni Güllü faciəvi şəkildə vəfat edib. 

News24.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənət aləminin sevilən simalarından olan müğənni Güllü (Gül Tut) evinin eyvanından yıxılaraq 51 yaşında həyatını itirib.

Hadisə ilk yayıldıqda intihar şübhələri ortaya atılsa da, sənətçinin oğlu bunun həqiqətə uyğun olmadığını bildirib. O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. 

 “Üzücü bir xəbəri paylaşmaq məcburiyyətindəyəm. Sosial mediada yayılan intihar xəbərləri əsassızdır. Güllünü bu gecə baş verən bədbəxt hadisə nəticəsində itirdik. Dəfnlə bağlı məlumatları bu səhifədən paylaşacağam. Başımız sağ olsun”, - deyə açıqlama yayıb. 


Nilufər


Избранный
115
news24.az

1Источники