RU

Qurban Qurbanov məscidin həyətində namaz qıldı - VİDEO

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun yeni videosu böyük maraqla qarşılanıb.

Görüntülər Qaraçuxur qəsəbəsində yerləşən məsciddə lentə alınıb.

Namaz vaxtı bura gələn Ağdam klubunun çalışdırıcısı həyətdə namaz qalıb. Azərbaycanın ən yaxşı futbol mütəxəssisi özünü kifayət qədər sadə aparıb.

Görünür, məscidin içində yer tapmadığından, o, ətrafa toplaşmış insanların əhatəsində ibadət edib.

Q.Qurbanov uzun illərdir dindar həyat sürür. Hardasa 25 ildən artıqdır. O, demək olar hər il Ümrə ziyarətinə yollanır.

Şahidlərin dediyinə görə, Qurban Qurbanov hər dəfə məscidə gedib-gələndə imkansız şəxslərə sədəqə verir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
18
sportinfo.az

1Источники