RU

Nazirliyə məxsus müəssisənin mühasibinə hökm oxundu

Şirvan Şəhər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən M.M.-in (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, M.M 2007-ci ildən Şirvan şəhərində, Müdafiə Sənayesi Nazirliyinə məxsus İstehsalat müəssisəsinin Telemexanika idarəetmə şöbəsində mühasib vəzifəsində çalışıb. O, 2020-2024-cü illər ərzində vəzifə səlahiyyətindən sui-istifadə edərək Dövlət Sosial Müdafiə Fondunun elektron sisteminə daxil olub əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər üçün nəzərdə tutulmuş kompensasiyaların ödənilməsini təmin etməli olduğu halda, rəsmi məlumatlara özünə məxsus və ya tanışlarının bank rekvizitlərini daxil etməklə həmin ödənişlərin çıxarılıb başqa hesab və kartlara köçürülməsinə yol verib. Nəticədə müxtəlif əməkdaşların adına nəzərdə tutulmuş vəsaitlərin – 4 034,85 manat, 672,66 manat və 2 276,23 manat məbləğlərində hissələr üzrə ümumilikdə 6 983,74 manat məbləğində pulları mənimsəyərək öz şəxsi ehtiyaclarına xərcləyib.


Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmədə bildirib ki, hazırda təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilib, ona qarşı heç bir şikayət və tələb yoxdur.

Kamal Məmmədov 

Tarix: 26 Sentyabr 2025, 09:47   
Избранный
54
pravda.az

1Источники