RU

Bitkoinin qiyməti ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Bitkoinin qiyməti  ucuzlaşıb.

Banco.az xəbər verir ki,Binance məlumatına görə, 6 sentyabr 2025-ci ildən bəri ilk dəfə ticarət sessiyası zamanı 110.000 dollardan aşağı düşüb .

Bitkoinin qiyməti 3,45% ucuzlaşaraq 109 863 min dollar olub. Daha sonra öz enişini sürətləndirib və 109,818 min dollar (-3,55%) təşkil edib.

Coinmarketcap-in məlumatına görə, 25 sentyabr tarixinə kriptovalyuta bazarının ümumi kapitallaşması 3,76 trilyon dollar təşkil edib ki, bunun da Bitcoin-in payı 2,18 trilyon dollar (58,3%) təşkil edib.

Coinglass məlumatlarına görə, qlobal kriptovalyuta birjaları son 24 saat ərzində 222.000-dən çox treyder mövqeyini ləğv edib, ümumi məbləği 919 milyon dollar olub, bunun təxminən 163 milyon dolları Bitcoin-də olub. 

Избранный
19
banco.az

1Источники