RU

Toni Bleir Qəzzaya rəhbərlik edə bilər

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleir Qəzza zolağında keçid dövrü administrasiyasının rəhbəri ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır.

Qeyd olunub ki, Bleir artıq müharibədən sonrakı idarəetmə planı üzərində işləyir və bu məqsədlə münaqişə başlayandan bəri dəfələrlə bölgəyə səfər edib.

Məlumata görə, yeni yaradılacaq administrasiyanın ilk hədəfi BMT-dən mandat alaraq Qəzzada beş il müddətinə “ali siyasi və hüquqi orqan” funksiyasını yerinə yetirmək olacaq.

Mandat əldə olunduqdan sonra Toni Bleir yeddi nəfərlik şura formalaşdıracaq, 25 nəfərə qədər əməkdaşı olan katiblik yaradacaq. Administrasiyanın maliyyələşdirilməsi isə ərəb dövlətlərinin üzərinə düşəcək.

Nəşr qeyd edir ki, Bleirin namizədliyi Fars körfəzi ölkələrinin bəzi liderləri və ABŞ Prezidenti Donald Trampın kürəkəni, keçmiş müşaviri Cared Kuşner tərəfindən dəstəklənir.

Xatırladaq ki, avqustun sonunda Ağ Evdə keçirilən qapalı toplantıda Donald Tramp, Cared Kuşner və Toni Bleir Qəzzadakı münaqişənin həlli və bölgənin müharibədən sonrakı idarə olunması məsələlərini müzakirə ediblər.

Избранный
5
3
redaktor.az

4Источники