RU

Sabiq "Arsenal"lı faciəvi şəkildə vəfat etdi

İngiltərənin "Arsenal" klubunun yetirməsi Billi Viqar faciəli şəkildə dünyasını dəyişib. 

Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu matç zamanı başından aldığı zədədən sonra gözlərini həyata yumub.

Bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.

İngiltərənin yeddinci divizionunda "Çiçester Siti"də çıxış edən Billi "Uninqeyt"lə çempionat oyununda top uğrunda mübarizə zamanı meydandan kənardakı beton divara dəyib. Komaya düşən futbolçu xəstəxanada vəfat edib. Matç isə yarımçıq qalıb. 

Billi üç il "Arsenal"ın gənclər komandalarında oynayıb. O, 2022-2024-cü illərdə "Derbi Kaunti" və "İstborn Boro"da icarə əsasında çıxış edib. Bu mövsüm isə forvard 4 oyuna çıxıb, 1 qol vurub.

Mirağa

Избранный
24
fanat.az

1Источники