RU

Liposaksiyadan sonra bədəni çürüyür - Ana olmaqdan da məhrum oldu - VİDEO

Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Xəzər” TV-yə danışan şikayətçi bildirib ki, əməliyyatı “Uğur-777” estetik klinikasında həkim Firuzə Əliyeva icra edib.

Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından o, “Uğur-777” estetik klinikasının rəhbəri Xəyalə İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasını tövsiyə edib. Bu dəfə isə əməliyyat daha ağır fəsadla nəticələnib. pizza mizza

Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan qadın hazırda çarəsiz vəziyyətdə olduğunu bildirib.

Xəyalə İsmayılova isə qeyd edib ki, Cəmalə Rüstəmovanın şikayəti ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Baş Prokukorluqdan verilən məlumata görə, qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işinin araşdırılması davam etdirilir.


Telegram kanalımız
Избранный
10
20
yenisabah.az

10Источники