RU

Sabirabadda yol nişanının tələbini pozan sürücü ağır qəza törədib

Bakı, 26 sentyabr, AZƏRTAC

Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olub və bu zaman hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

İdarə bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.

“Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur. BDYPİ bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır”, - deyə məlumatda bildirilib.

Избранный
20
21
azertag.az

10Источники