Xatırladaq ki, seçkiqabağı kampaniya zamanı Dan noyabrda keçirilən prezident seçkilərinə müdaxiləyə dair sübutları əks etdirən hesabatı ictimaiyyətə təqdim edəcəyinə söz vermişdi. Lakin sənəd bu günə qədər məxfi saxlanılır. Rumıniyada 2024 və 2025-ci illərdə keçirilən prezident seçkiləri qalmaqallarla müşayiət olunub. İlk turda müxalifət namizədi Kelin Corcesku elan olunsa da, Konstitusiya Məhkəməsi nəticələri ləğv edib və siyasətçi seçki yarışından kənarlaşdırılıb. Təkrar seçkilərin ikinci turunda, 2025-ci ilin mayında, paytaxt Buxarestin meri Nikuşor Dan qalib gəlib. Lakin onun rəqibi - "Rumınların birliyi uğrunda alyans" partiyasının lideri Corce Simion nəticələri Konstitusiya Məhkəməsində mübahisələndirib və səsvermənin saxtalaşdırıldığını iddia edib. Onun qərargahı hətta Moldovanın seçicilərin kütləvi daşınmasını təşkil etdiyini irəli sürsə də, məhkəmə bu iddianı əsassız hesab edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31