Bakı. Trend:
Azərbaycanda "yaşıl hidrogen"in maya dəyəri LCOE-su (enerjivahidinin maya dəyəri) kiloqramı 3 avro olaraqqiymətləndirilib.
Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyinin direktor müavini RənaHümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycanvə Mərkəzi Asiya" adlı tədbirdə məlumat verib.
O, qeyd edib ki, Azərbaycana Avropa Yenidənqurma və İnkişafBankı (EBRD) dəstək göstərib və hidrogen iqtisadiyyatı üzrətədqiqat aparılıb: "Bu, "Worley Consulting Group" ilə bir il davamedən araşdırma idi və LCOE (enerji vahidinin maya dəyəri) üzrəmaraqlı nəticələr əldə olundu. Araşdırmanın tam hesabatı dərcedilmədi, lakin xülasəsi veb səhifəmizdə yerləşdirildi. Hesabatdayaşıl hidrogenin LCOE-si təxminən kiloqramı 3 avro olaraqqiymətləndirilib. Bu, kifayət qədər rəqabətədavamlı görünür. Lakinnəticələr hələ tam əsaslı deyil. Çünki bizim fikrimizcə, bütünresurslar üzrə aydın baxış formalaşdırmaq lazımdır. Araşdırmagöstərdi ki, mavi hidrogen yaşıl hidrogendən bir qədər ucuz olabilər. Ancaq Avropada mavi hidrogenlə bağlı tənzimləmə hələformalaşmayıb".
Agentlik rəsmisi vurğulayıb ki, əslində, Azərbaycan illərdirhidrogen istehsalçısıdır: "Neft-qaz sənayesi inkişaf etmiş ölkəkimi biz “boz hidrogen” istehsalını və onun təhlükəsizlikqaydalarını yaxşı bilirik. Amma karbonun tutulması və saxlanması(CCS), yaxud karbonun tutulması, istifadəsi və saxlanması (CCUS)üzrə əlavə tədqiqatlara ehtiyac var. Burada da Azərbaycan üçünyaxşı baza mövcuddur. Çünki bizdə tükənmiş yataqlar var, onlarıntutumunu Norveçin etdiyi kimi istifadə etmək olar. Bundan başqa,mövcud boru xətləri də var və onların karbon tutma və saxlanmaməqsədilə yenilənməsi vacibdir.
Avropanın dekarbonizasiya hədəfləri var. Buna görə də onlarbütün innovativ texnologiyalardan istifadə imkanlarını nəzərdənkeçirirlər. Hətta neft-qaz şirkətləri üçün karbon tutma və saxlamatexnologiyalarından istifadənin məcburi olacağı barədə dədanışılır. Azərbaycan isə inkişaf etməkdə olan, neft-qaz əsaslıölkədir. Təbii ki, bizim aktivlərimiz mövcuddur. Digər tərəfdən,təbii qaz Azərbaycanda kifayət qədər ucuzdur. Ona görə də sosialtəsirləri, dövlətin maraqlarını və digər amilləri nəzərə almaq çoxvacibdir.
Araşdırmada həm də su məsələsinə toxunduq".
Azərbaycanda su ilə bağlı ciddi problemlərin olduğunu diqqətəçatdıran agentlik rəsmisi qeyd edib ki, nəticələrə əsasən, hidrogenistehsalı üçün Xəzər dənizinin suyundan istifadə etmək olar: "Bu suduzlu deyil, yarı-duzludur, amma yenə də təmizlənməlidir ki, bu daəlavə xərc deməkdir. Digər tərəfdən, tullantıların Xəzərə atılmasıda ekoloji problem yarada bilər. Onsuz da Xəzər dənizində səviyyəildən-ilə azalır və bu, biomüxtəlifliyə zərər vurur. Buna görə dəçox ehtiyatlı davranmaq lazımdır".