RU

ABŞ-də oktyabrın 1-dən əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp ölkəsinin oktyabrın 1-dən əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcəyini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ lideri "Truth Social" şəbəkə hesabında məlumat verib.
Tramp bildirib ki, Vaşinqton oktyabrın 1-dən etibarən bütün brend və patentli əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcək. Eyni zamanda, o vurğulayıb ki, ABŞ ərazisində artıq öz obyektlərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar nəzərdə tutulur.
Qeyd edək ki, hələ may ayında Tramp daxili qiymətlər beynəlxalq qiymətlərə uyğun gəlmədiyi təqdirdə idxal edilən dərmanlara tariflər tətbiq edəcəyini açıqlamışdı. Həmin vaxt söhbət dərmanların qiymətinin 59-90% aşağı salınmasından gedirdi.
Bundan əlavə, oktyabr ayından etibarən ABŞ idxal edilən mətbəx şkafları, vanna otağı üçün mebellər və əlaqəli məhsullara 50% rüsum tətbiq edəcək.
Избранный
16
3
oxu.az

4Источники