RU

Bu gün MDB Oyunlarında ilk yarışa start verilir

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün ilk turnirə start verilir.

Yenisabah.az xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar (saat 10:00-da). Bu idman növü üzrə turnir Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək. Tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Azərbaycanı stolüstü tennisdə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər. pizza sifarişi

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak edəcəyi III MDB Oyunlarının rəsmi açılış mərasimi isə sentyabrın 28-də Gəncə Şəhər Stadionunda keçiriləcək. Yarışın bağlanış tədbiri də bu arenada oktyabrın 8-də olacaq.


Telegram kanalımız
Избранный
47
28
yenisabah.az

10Источники