RU

İsrail Yəməni ürəyindən vurub

İsrail

İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava hücumlarında ölənlərin sayı 9-a çatıb.

Reyting.az
xəbər verir ki, husilərin nəzarətində olan SABA xəbər agentliyi Sənaya hücumlar nəticəsində ölən və yaralananların sayının artdığını bildirib.

Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun Sənaya hücumları nəticəsində ölənlərin sayının 9-a, yaralıların sayının isə 174-ə yüksəlib.

Qeyd edək ki, İsrail ordusu ötən gün Sənaya hava zərbələri endirib. Husilər İsrailin Sənadakı Zahban Elektrik Stansiyasını və mülki məhəllələri hədəf aldığını açıqlayıb.

İsrail ordusu bildirib ki, husilərə məxsus “hərbi hədəflərə genişmiqyaslı hücum” həyata keçirilir. Çoxlu sayda döyüş təyyarəsinin iştirak etdiyi zərbələrdə husilərə aid Baş Qərargah adlanan nəzarət mərkəzi də hədəf alınıb.

Müdafiə naziri Yisrael Katz, Sənada çoxsaylı Husi hədəflərini bombaladıqlarını və çox sayda pilotsuz uçuş aparatını (PUA) və silah anbarını məhv etdiklərini bildirib.

ELÇİN
Избранный
13
1
reyting.az

2Источники