RU

Polis 34 yaşlı bu kişini axtarır - Anası fəryad edir

Qubada 34 yaşlı keçmiş hərbçi İsgəndər Tahir oğlu Məmmədovdan artıq bir müddətdir xəbər alınmır.

Bu barədə onun yaxınları Far.Az-in "qaynar xətti"nə müraciət edərək məlumat verib.

Bildirilib ki, İsgəndər sonuncu dəfə avqustun 11-də Quba rayonu ərazisində görülüb. Həmin gündən sonra yaxınları onunla əlaqə saxlaya bilməyib. İsgəndərin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb.

"O, bir müddətdir psixoloji müalicə alırdı. Lakin son 2-3 ayda dərmanlar ona ağır təsir etdiyi üçün müalicəni yarımçıq qoymuşdu".

Keçmiş hərbiçi olan İsgəndər ailədə yeganə oğul övladıdır. Anası hazırda oğlundan xəbər almaq ümidi ilə gözləyir.

Onu görən və ya harada olması barədə məlumatı olan şəxslərdən polisə məlumat vermələri xahiş olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Far.Az-ə bildirildi ki, itkin düşmüş şəxslə bağlı axtarış elan olunub və İsgəndər Məmmədovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Избранный
11
1
far.az

2Источники