RU

Türkiyə və ABŞ dinc nüvə enerjisi sahəsində əməkdaşlığı dərinləşdirmək qərarına gəlib

Vaşinqton və Ankara dinc nüvə enerjisi üzrə əməkdaşlıq sazişi imzalayıb.

Editor.az xəbər verir ki, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar razılaşmanı sosial mediada açıqlayıb.

“Prezidentlər arasında keçirilən görüşdən sonra biz ABŞ dövlət katibi Marko Rubio ilə onların iştirakı ilə dinc nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzaladıq”, – o deyib.

Onun sözlərinə görə, tərəflər Türkiyə ilə ABŞ arasında bu sahədə çoxillik və çoxşaxəli tərəfdaşlığı daha da dərinləşdirəcək yeni mərhələyə start veriblər.

Bayraktar bu müqavilə çərçivəsində həyata keçirilən işlərin qarşıdakı dövrdə hər iki ölkə üçün qarşılıqlı faydalı olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Ağ Evdə görüşüb. Amerika lideri Ankaraya qarşı sanksiyaları dərhal ləğv etməyə hazır olduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, türkiyəli həmkarı ilə danışıqlar uğurlu olarsa, bu, çox tezliklə baş verə bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
9
editor.az

1Источники