RU

Oktyabrın 1-dən əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq ediləcək

ABŞ Prezidenti Donald Tramp ölkəsinin oktyabrın 1-dən əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcəyini açıqlayıb.

 

Bu barədə ABŞ lideri "Truth Social" şəbəkə hesabında məlumat verib.

 

Tramp bildirib ki, Vaşinqton oktyabrın 1-dən etibarən bütün brend və patentli əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcək. Eyni zamanda, o vurğulayıb ki, ABŞ ərazisində artıq öz obyektlərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar nəzərdə tutulur.

 

Qeyd edək ki, hələ may ayında Tramp daxili qiymətlər beynəlxalq qiymətlərə uyğun gəlmədiyi təqdirdə idxal edilən dərmanlara tariflər tətbiq edəcəyini açıqlamışdı. Həmin vaxt söhbət dərmanların qiymətinin 59-90% aşağı salınmasından gedirdi.

 

Bundan əlavə, oktyabr ayından etibarən ABŞ idxal edilən mətbəx şkafları, vanna otağı üçün mebellər və əlaqəli məhsullara 50% rüsum tətbiq edəcək.

 

Oxu.az

Tarix: 26 Sentyabr 2025, 11:18   
Избранный
16
3
pravda.az

4Источники