RU

“Qarabağ” azarkeşinin Çempionlar Liqası həsrəti: "Biletləri “qara bazar” uddu"

Ötən gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Kopenhagen”lə oyununa satışa çıxarılan biletlərin aşağı qiymət kateqoriyasında olanları sürətlə tükəndi. Lakin sadiq azarkeşlər narazılıq yaşadı.

İdman.biz “Teleqraf”a istinadən xəbər verir ki, biletlərin böyük bir qisminin “qara bazar”a keçməsi nəticəsində futbolsevərlər indi ilkin qiymətindən 3-5 dəfə baha bilet axtarışındadır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya marağın böyük olacağı gözlənilirdi. “iTicket.az” saytında satışa çıxan biletlərin çoxusu bir neçə saat ərzində satılaraq tükəndi. Lakin satış prosesi heç də asan olmadı.

Sosial şəbəkələrdə minlərlə azarkeş satış sisteminin tez bir zamanda çökməsindən, veb-saytın işləməməsindən şikayət etdi. Axşam saatlarına doğru vəziyyət daha da gərginləşdi: biletlər “qara bazar” kimi fəaliyyət göstərən şəxslər tərəfindən ilkin qiymətləri 5-30 manat əvəzinə 50-150 manat aralığında təklif olunmağa başladı.

Məsələ ilə bağlı klubun sosial şəbəkə hesablarında çoxsaylı etiraz şərhləri yazılıb.

Qeyd edək ki, “Qarabağ”–“Kopenhagen” oyunu oktyabrın 1-də keçiriləcək.

İdman.biz

Избранный
16
9
idman.biz

10Источники