RU

Prokurorluğun suverenliyin təminatında rolu barədə seminar keçirilib

Azərbaycanda həyata keçirilən hüquqi islahatlar və dövlət suverenliyinin təminatında prokurorluq orqanlarının rolunun maarifləndirilməsi məqsədilə Bakı şəhər prokurorluğunda “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda seminar təşkil olunub.

Tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak edib.

Seminarı giriş sözü ilə açan Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, seminarın əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaq olduğunu vurğulayıb.

Daha sonra Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminar iştirakçılarına çıxış edərək hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və Prokurorluğun dövlət suverenliyinin təminində rolu” mövzusunda çıxış edərək seminar iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.

Şöbə rəisi çıxışında Konstitusiya və Suverenlik ili çərçivəsində prokurorluq fəaliyyətinin prioritet istiqamətlərini vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib. Eyni zamanda, hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq olunan prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara geniş təqdimat verilib.

Избранный
27
5
aznews.az

5Источники