RU

Övladı həbs həyatı yaşayan DÜNYA MƏŞHURLARI

Dünya ulduzları zaman-zaman övladlarının başına gələn hadisələrlə bağlı da gündəm olublar. Bunlardan biri də onların övladı müğəyən səbəbdən həbsə düşməsi və ya müşahidə altında saxlanılmasıdır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, övladı həbs həyatı yaşayan məşhurların siyahısını təqdim edir:

Aktyor Billi Bob Tornton

Amerikal; aktyorun qızı Amanda Bramfild, uşağın ölümündə günahlandırılaraq 20 il həbs cəzasına məhkum edilib.

Musiqiçi Vaynona Cad

Amerikalı kantri musiqisi müğənnisinin qızlarından biri, Qreys Polin, məhkəmə şərtlərini pozduğuna görə həbs cəzaları alıb.

Aktyor Ceki Çan

Aktyorun oğlu Ceysi Çan Pekində narkotik istifadəsi ilə əlaqədar olaraq "başqalarına narkotik istifadəsi üçün yer vermək" ittihamı ilə məhkum edilərək, altı ay həbs cəzası alıb.

Aktyor Maykl Duqlas

Onun oğlu Kameron Duqlas narkotiklərlə bağlı ittihamlarla qarşılaşıb, müxtəlif vaxtlarda məhkum edilib.

Aktyor Nikolas Keyc

Aktyorun oğlu Ueston Keyc Koppola anasına hücum etməkdə şübhəli bilinərək həbs edilib.

Избранный
10
1
far.az

2Источники