RU

“Ronaldonun başında elə bir şey var ki, məncə, başqa heç kimdə yoxdur”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Rio Ferdinandın podkastı”nda danışıb.

Runi etiraf edib ki, portuqaliyalı futbolçunun potensialını daha yaxşı göstərməsi üçün zaman-zaman öz oyun üslubunu dəyişməli olub:

“Bəli, bəzən elə görünürdü ki, mən nəyisə qurban verirəm, amma heç vaxt belə düşünmürdüm. Mən sadəcə qalib gəlmək istəyirdim. Premyer Liqanı, UEFA Çempionlar Liqasını qazanmaq istəyirdim”.

O, həmçinin, Ronaldonun unikal düşüncə tərzindən də danışıb:

“Ronaldonun başında elə bir şey var ki, məncə, başqa heç kimdə yoxdur. Onun özünəməxsus əzmkarlığı və düşüncə tərzi var – futbolda gördüyüm heç bir şeylə müqayisə oluna bilməz.

Mənim düşüncə tərzim bu səviyyədə deyil. Mənim üçün əsas olan qalib gəlmək idi. “Qızıl top”, fərdi mükafatlar – bunlar mənim üçün əhəmiyyət daşımırdı. Mən səninlə (Rio Ferdinandla söhbətində), komanda yoldaşlarımla birlikdə qələbə qazanmaq istəyirdim”.

Runi, Ronaldonun fərdi motivasiyalarının komanda uğurlarını üstələdiyini də əlavə edib:

“Əlbəttə, Kriştiano da komanda ilə hər şeyi qazanmaq istəyirdi, amma onda eqo daha çox idi. O, hər şeyi istəyirdi. Məndə bu yox idi”.

Sonda, Runi, Lionel Messi haqqında da qısa fikir bildirib:

“Messi və Ronaldo bütün zamanların iki ən yaxşı oyunçusudur. Amma Messinin incə cazibəsi var, bu mənə xoş gəlir”.

Избранный
7
sportinfo.az

1Источники