RU

Bu ölkədən İsrailə zərbə: Mühüm müqaviləni ləğv etdilər

İspaniya, Fələstin xalqına dəstəyinin bir hissəsi olaraq İsraillə 207 milyon avro dəyərində silah alqı-satqı müqaviləsini ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Keçən il imzalanmış müqaviləyə əsasən, İsrailin “Rafael” şirkəti İspaniya Hərbi Hava Qüvvələrinə qabaqcıl sensorlar, kameralar, radarlar və lazer təyinediciləri ilə təchiz edilmiş təxminən 45 ədəd “Lightning V” podu verməli idi.

Xatırladaq ki, İspaniya ötən həftə də İsrailin “Elbit Systems” şirkətindən PULS raketlərinin alınması üçün 2023-cü ildə bağlanmış 700 milyon avroluq müqaviləni, həmçinin bu ay “Rafael” şirkəti ilə “Spike” raketlərinin alınmasına dair 237 milyon avroluq müqaviləni ləğv edib.

Избранный
2
publika.az

1Источники