RU

NYT: Çin ABŞ-nin ixtisaslı kadrları cəlb etmək siyasətinə cavab verir...

Pekin yeni viza sistemi ilə aparıcı elmi və texnoloji mütəxəssisləri ölkəyə gətirməyi planlaşdırır...

Poliqon xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə ABŞ prezidenti Donald Tramp xarici ixtisaslı işçilərin cəlb olunmasını çətinləşdirərkən, Çin bu sahədə strateji planlar hazırlayır. 1 oktyabrdan etibarən Pekin təbii elmlər, texnologiya, mühəndislik və riyaziyyat sahələrində qabaqcıl universitet məzunları üçün yeni viza kateqoriyasını tətbiq edəcək. Bu vizalar həm təhsil, həm də biznes fəaliyyəti məqsədilə səyahətləri asanlaşdıracaq.

Yeni viza sistemi Çin tərəfindən aparılan daha geniş kampaniyanın tərkib hissəsidir və məqsəd ABŞ-la texnoloji və geosiyasi üstünlük uğrunda rəqabətdə aparıcı elmi kadrlara cəlb etməkdir. Tramp administrasiyası universitetlərə təzyiq göstərmiş, federal tədqiqat maliyyələşməsini azaldmış və elmin nüfuzuna şübhə yaradarkən, Çin tədqiqat və inkişaf sahəsinə böyük investisiyalar qoyub və ABŞ-dan bəzi aparıcı alimləri öz ölkəsinə gətirib.

Analitiklər qeyd edirlər ki, Çin tərəfindən belə strategiyanın həyata keçirilməsi uzunmüddətli texnoloji liderliyi təmin etmək və beynəlxalq elmi mühitdə təsirini artırmaq məqsədi daşıyır. Bu addım həmçinin ABŞ-la Çin arasında ixtisaslı kadrların cəlb olunması üzrə rəqabəti daha da kəskinləşdirə bilər.

Poliqon.info

Избранный
47
poliqon.info

1Источники