Azərbaycan paraüzgüçüsü Raman Salei Sinqapurda keçirilən dünya çempionatında növbəti medalını qazanıb. İdmançımız bu dəfə bürünc mükafata sahib çıxıb.
O, 100 metr məsafəyə sərbəst üsulda 54.01 nəticə ilə üçüncü olub.
Qeyd edək ki, Raman Salei Sinqapurda daha əvvəl qızıl, gümüş və bürünc medal da əldə etmişdi.
Qabil YUSİFOĞLU
XQ