RU

Sankt-Peterburqdan Gəncəyə gələn sərnişinin çantasında

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Senzor.az DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
13
19
senzor.az

10Источники