RU

"Qarabağ"ın oyununa bir gün ərzində satılan bilet sayı

"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarka çempionu "Kopenhagen"lə oyun üçün satılan bilet sayını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, dünən saat 15:00-da biletlərin satışa çıxarıldığı andan indiyə qədər 27 min 500 bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.

Избранный
11
6
football-plus.az

7Источники