RU

Nəsimi festivalının bağlanış tədbirindən - VİDEO

Üçüncü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının bağlanışı Bakıda “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə təşkil olunub.

Gecə “Savalan” qrupunun ifasında “Söz” layihəsinin iştirakçıları ilə şairlər və musiqiçilərin birgə məclisi formatında qurulub. “Mən ki dərvişəm”, “Hardasan”, “Eşq əhli”, “Heyran olmuşam”, “Sığmazam”, “Mənəm mən” və digər əsərlər səsləndirilib.

Festivalın bağlanışının son təqdimatı isə fərqli tərzdə ifaları ilə tanınan Çingiz Mustafayevin çıxışı olub. O, sufi motivləri əsasında performans təqdim edib.

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakıda və şairin doğma yurdu Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalıb. “İblis” əsəri və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatları isə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

2018-ci ildən təşkil olunan Nəsimi festivalı müxtəlif bədii ifadə formaları vasitəsilə humanizm, sevgi və tolerantlıq mövzularını araşdırmağı, mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir.

Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir.

"Cebheinfo.az" 

Избранный
30
7
cebheinfo.az

10Источники