RU

Orbandan Trampın Rusiya çağırışına qəti cavab

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Macarıstan Rusiyadan neft alışı ilə bağlı öz qərarını verə bilən suveren ölkədir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin Rusiya enerji təchizatından imtina etməsi tələbinə belə cavab verib:

“Başa düşürəm ki, Birləşmiş Ştatlar böyük ölkədir, Macarıstan isə daha kiçikdir. Amma bizim bir ortaq cəhətimiz var: hər iki ölkə suveren dövlətlərdir. Biz bir-birimizin arqumentlərini qəbul etmək məcburiyyətində deyilik. ABŞ-ın öz milli maraqları var, Macarıstanın da”.

Qeyd edək ki, sentyabrın 23-də BMT Baş Assambleyasında çıxışı zamanı D.Tramp Avropa ölkələrini Moskva ilə bağlı siyasətlərinə görə tənqid edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
globalinfo.az

1Источники