RU

Rusiya Xersonu bombalayıb, ölənlər və yaralananlar var

Rusiya bu gün Xerson vilayətinə genişmiqyaslı hava hücumu edib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, hücum zamanı Rusiya ordusu kritik və sosial infrastruktur obyektlərinə, yaşayış məhəllələrinə zərbələr endirib. Bir çoxmərtəbəli bina və 8 fərdi ev, təsərrüfat tikililəri, fərdi qarajlar və avtomobillər məhv edilib.

Regional Dövlət Administrasiyasının sədri Aleksandr Prokudinin məlumatına görə, Rusiyanın zərbələri nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bu gün ümumilikdə Rusiya ordusu Ukraynaya 154 hücum dronu və digər növ pilotsuz uçan aparatlarla hücum edib.

Избранный
5
4
apa.az

5Источники