RU

Deputat Tənzilə Rüstəmxanlı vətəndaş qəbulu keçirib



Millət vəkili Tənzilə Rüstəmxanlının Neftçala rayonunun Şirvanlı kəndində növbəti vətəndaş qəbulu keçirilib.

Newscenter.az xəbər verir ki, sakinlər qazlaşdırma, “Kürdili” adasından köçürülən ailələrin üzləşdiyi çətinliklər, habelə işsizlik, torpaq, su, işıq, pensiya və sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Deputat qaldırılan problemlərin həlli üçün artıq müvafiq qurumlarla danışıqlar apardığını və məsələlərin diqqətdə saxlanılacağını bildirib. Qəbulda Neftçala RİH-in Humanitar məsələlər üzrə şöbə müdiri Vasif Əliyev də iştirak edib.



Süleyman
Избранный
9
4
newscenter.az

5Источники