RU

Zorakılıq edilən 7-ci sinif şagirdinin başına gələn hadisə ilə bağlı ŞOK AÇIQLAMALAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 281 nömrəli məktəbin sinif otağında şagirdi soyunduraraq videoya çəkiblər.
Sosial şəbəkədə yayılan iddialara əsasən, hadisə bir neçə gün öncə baş verib.
Məktəbdə təhsil alan şagirdlər yayılmış xəbəri təsdiqləyərək bildiriblər ki, hadisə oğlan uşağının başına gəlib.
Baş vermiş hadisəyə görə valideynlər də narahatdırlar.
Məsələ ilə bağlı 281 nömrəli məktəbdən bildirilib ki, soyundurulduğu deyilən həmin yeddinci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozub:
"Dərs prosesi zamanı aqressiv hərəkətlər edir. Sentyabrın 18-də tənəffüs vaxtı həmin sinfin şagirdləri davranış qaydalarını mütəmadi pozan uşağa qarşı təzyiq göstəriblər".
"Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb. Aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır", - deyə məlumatda qeyd olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə qeyd edilib ki, idarənin psixoloqu məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün cəlb olunub.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Избранный
13
2
oxu.az

3Источники