Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi Polşa komandası "Motor" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda Polşa Kubokunda 1/8 final matçına çıxıb.
"Motor" səfərdə "Arka"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov da matçın iştirakçısı olub. 26 yaşlı forvard qarşılaşmaya start heyətində başlayıb və bir saat meydanda olub.
Beləliklə, Renatın komandası kubokda mübarizəni dayandırıb.