RU

DSK sədri: Forumun adından “MDB” ifadəsinin çıxarılmasını təklif edirəm

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunan bu forum artıq yalnız MDB ölkələrini əhatə etmək çərçivəsindən çıxıb.“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən MDB ölkələrinin III Beynəlxalq Statistika Forumunun bağlanış mərasimində çıxışı zamanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.O bildirib ki, bu forumda təkcə MDB ölkələri deyil, həm də Asiya və Avropa ölkələri iştirak edib:“Baxmayaraq ki, bu dəfə alınmadı, amma Cənubi Afrikadan və Latın Amerikasından da bu foruma qoşulma nəzərdə tutulmuşdu. Bu isə göstərir ki, forumlar artıq keyfiyyətcə yeni məzmun, yeni miqyas qazanıb. Ona görə də mən artıq forumun adından “MDB” ifadəsinin çıxarılmasını təklif edirəm, biz bunu Azərbaycan mətnində artıq etmişik. Hesab edirəm ki, gələcəkdə bu forumlar MDB forumları deyil, beynəlxalq forumlar olacaq və hər il daha çox ölkəni, daha çox iştirakçını əhatə edəcək. Təbii ki, hər yerdə MDB ölkələrinin Statistika Komitələrinin himayəsi altında keçiriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
2
apa.az

3Источники