RU

Bu qanuna dəyişiklik olunur

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.

Lakin Ailə Məcəlləsində, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Prezidentin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid  bir anlayışdan istifadə olunur.

Bu xüsusda, təklif olunan dəyişikliklərə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı ismin müvafiq hallarında “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
27
globalinfo.az

10Источники