RU

İlham Əliyev vicdan qarşısında da hesabat verən bir liderdir Deputat BMT dəki çağırışdan DANIŞDI

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyətə çağırış edib: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Prezidentin “sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunması” fikri dünyadakı hansı güc mərkəzlərinə ünvanlanmış mesaj ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, mesaj əsasən dünyanın vacib güclərinə ünvanlanıb:

"Düşünürəm ki, bu güclərin içərisində, demək olar ki, münaqişəyə cəlb olunan ölkələr nəzərdə tutulur və tutulmalıdır. Bu gün Rusiya ilə Ukrayna arasında müharibə gedir və həmin münaqişədə ədalətsiz mövqe tutan kifayət qədər dövlət var. Öz maraqlarını güdən, silah satmaq naminə müharibənin bitməsini istəməyən ölkələr də mövcuddur. Mən hesab edirəm ki, Ukrayna ilə Rusiya arasındakı savaşın başa çatdırılmasında ən səmimi şəkildə çalışan, bəlkə də, məhz Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdır. Digər dövlətlər isə sadəcə öz gələcəklərini və sonrakı prosesləri nəzərə alaraq bu müharibə üzərindən problemləri həll etmək, yaxud da öz təhlükəsizliklərini təmin etmək niyyəti güdürlər. Bütün bunlar isə hər gün minlərlə insanın həyatına son qoyur. Bu, danılmaz faktdır".

Millət vəkili qeyd etdi ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə düz 30 ildən çox davam edib:

"Bu müddətdə ABŞ-nin müxtəlif administrasiyaları, Rusiya və Fransa kifayət qədər ədalətsiz mövqe nümayiş etdilər. Onlar həmsədr ölkələr idilər. Digər dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, ciddi addım atmadılar. Münaqişə uzandı və status-kvonun saxlanılmasına üstünlük verildi. Bu isə dünyanın 70-80, bəlkə də 90 faiz ölkəsinin hərəkətsiz qalması demək idi. İndi isə biz müəyyən dövlətlərə təşəkkür edirik ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdılar və müxtəlif beynəlxalq platformalarda dəstəklədilər".

O əlavə etdi ki, hazırda İsrail ilə Qəzza, Fələstin Muxtariyyəti arasında müharibə davam edir.

"Bu isə böyük insan tələfatına səbəb olur. Burada münasibətlər, sülhə çağırışlar və atılan addımlar kifayət qədər suallar və mübahisələr doğurur.

İran qonşu ölkə olaraq Qarabağ azad ediləndən sonra Azərbaycana qarşı mövqeyini nümayiş etdirdi. Bu gün də Zəngəzur dəhlizi ilə bağlı tam aydın və açıq mövqe ortaya qoymayıb. Bütün bunlar, təbii ki, cənab Prezidentin belə bir çağırış etməsinə səbəb olur. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin bu müraciəti etməkdə digər dövlətlərdən daha çox haqqı və əsaslı mövqeyi var. Çünki o, vicdan qarşısında da hesabat verən bir liderdir. Yəni 30 il torpaqlarımız Ermənistanın işğalı altında qalsa da, Azərbaycan işğala son qoyduqdan sonra ilk olaraq Ermənistana sülh əlini uzatdı. Prezident bunu daim çıxışlarında səsləndirirdi. Bu, özü fenomenal bir hadisədir. Ona görə də düşünürəm ki, Azərbaycan Prezidentinin BMT tribunasından bu fikirləri dilə gətirməsi çox önəmlidir və orada iştirak edənlərin hamısı onun nə qədər haqlı və əsaslı olduğunu qəbul etdilər", - deyə Razi Nurullayev bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
redaktor.az

2Источники