RU

Nadirin qadınlarla bağlı fikri narazılıq yaratdı: Öz işini görsün!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

⁠Müğənni Nadir Qafarzadənin sosial şəbəkələr, xüsusən də “TikTok” barədə açıqlaması müzakirələrə səbəb olub. O, uşaqların bu platformalara aludə olmasında anaları günahlandırıb.

Sitat: “Baxırsan, bugünkü gəncliyimiz “TikTok”larda itib-batır. Hoqqa verirlər, olmaz. Ən çox da günahkar kimdir? Analar. Biz kişilər səhər papağımızı başımıza qoyuruq, o da varsa, gedirik pul qazanmağa. Evdə uşaqla anası qalır. Əziz, gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı “TikTok”dan, instaqramdan uzaq tutun. Vaxtı gələndə həmin sosial şəbəkələrdən istifadə edəcək, amma indi yox”.

Bu fikirlər birmənalı qarşılanmayaraq müxtəlif reaksiyalar doğurub.

Reallıq nədir? Nadir Qafarzadə haqlıdırmı?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev müğənniyə müəyyən tövsiyələr edib:

“Nadir Qafarzadənin öz işinə fokuslanması, mahnı oxuması daha məsləhətlidir. Sosial məsələlər barədə fikir bölüşməsə yaxşıdır. Amma hər kəs öz düşüncələrini bölüşməkdə də azaddır. Onun səsləndirdiyi arqument isə gizli formada “uşaq pozulursa, günah qadındadır, anadadır” fikrini ehtiva edir. Bu isə birmənalı olaraq absurd yanaşmadır. Sosial medianın uşaqlar üzərində təsiri danılmazdır, amma bunun məsuliyyətini yalnız anaların üzərinə qoymaq qadından “günah keçisi” yaratmaq deməkdir.

85 yaşlı qadın sosioloq Arli Haksçayld qadınların ev işlərini, analıq vəzifələrini “ikinci növbə iş” kimi təsvir edir. Yəni qadınlar həm “birinci növbə” olaraq işləyir, həm də ev yükünü daşıyır, analıq edirlər. Üstəlik, Nadir bəyin dediyinə əsaslansaq, indi valideynlər əlavə olaraq uşaq üzərində “sosial media polisliyini” də etməlidirlər. Halbuki, belə bir “polislik” ediləcəksə belə, bunu təkcə ana yox, ata da etməlidir”.

Yusif Nəbiyev

Ekspert bildirib ki, övlad tərbiyəsi birmənalı olaraq valideynlərin müştərək işi olmalıdır:

“Gender bərabərliyi anlayışını qətiyyən dəstəkləməsəm də, sırf övlad tərbiyəsi məsələsində yükün bərabər daşınmalı olduğunu düşünürəm. Nəzarət, qanun və qayda qoymaq kimi mövzularda hətta atalar daha çox məsuliyyət daşıyırlar. Ancaq məsələnin kökündə texnologiyanın valideyn nəzarətini aşan təsiri dayanır. “TikTok” alqoritmləri uşaqların diqqətini çəkmək üçün milyonlarla dollar xərclənmiş psixoloji dizaynın məhsuludur. Bununla mübarizəni təkcə ananın öhdəsinə buraxmaq olmaz. Əgər günahkar axtarırıqsa, təkcə “nəzarətsiz qalan uşaqlar” yox, “nəzarətsiz qalan platformalar” da müzakirə olunmalıdır. Problem analarda yox, sistemdədir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
globalinfo.az

1Источники